DİN-dən dumanlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

DİN-dən dumanlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

Hazırda oxunan: DİN-dən dumanlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

110141

Daxili İşlər Nazirliyi (DİN) dumanlı hava ilə bağlı Bakıda və Abşeron yarımadasında görünüş məsafəsinin 200-600 metrədək məhdudlaşması ilə bağlı sürücülərə müraciət edib. 

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, sürücülər dumanlı havanı nəzərə almalı, nəqliyyat vasitələrini diqqətli idarə etməlidirlər: 

“Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur”. 

Nazirlik bugünlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsinin məqsədəuyğun hesab edildiyini qeyd edib. 

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti dekabrın 19-dək hava şəraitinin dumanlı olacağı ilə bağlı məlumat yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO