Dekabrın 19-dək hava dumanlı olacaq

Dekabrın 19-dək hava dumanlı olacaq

Hazırda oxunan: Dekabrın 19-dək hava dumanlı olacaq

110129

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. 

Bizim.Media-nın məlumatına görə, ETSN-in Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bəzi bölgələrdə, o cümlədən Bakıda və Abşeron yarımadasında dumanla bağlı görünüş məsafəsi 200-600 metrədək məhdudlaşıb. 

G.Məmmədovanın sözlərinə görə, gecə və gündüz saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan, rütubətin yüksək olması, yerüstü təbəqə buludlarının mövcudluğu, mülayim və azsürətli küləklərin üstünlüyü yerə yaxın təbəqədə dumanın yaranmasına şərait yaradıb: 
“Ölkə ərazisində dumanlı hava şəraiti dekabrın 19-dək, əsasən səhər və axşam saatlarında fasilələrlə davam edəcək. Dekabrın 20-də şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO