Müğənni Hissin BAŞINA GƏLƏNLƏR – Sərxoş sürücü nəylə cərimələnir?

Müğənni Hissin BAŞINA GƏLƏNLƏR – Sərxoş sürücü nəylə cərimələnir?

Hazırda oxunan: Müğənni Hissin BAŞINA GƏLƏNLƏR – Sərxoş sürücü nəylə cərimələnir?

110117

Müğənni Hiss Xəzər FM-in “Surət həddi” verilişində açıqlama verib ki, içkili yox, düz danışdığına görə cərimə olunub:

“Qardaşımın ad günündə 1 qədəh içmişdim. Sonra səhər oyandım, qəhvəmi içdim çıxdım yola. Maşında yeni olduğu üçün qəribə iyi gəlirdi. Polis saxladı məni, dedi, maşından nəsə iy gəlir.

Dedim ki, ola bilər. Soruşdu ki, içkilisiz? Dedim, yox, mən içmirəm. Sonra yoxlanış etdi, dedi, nəsə var. Mən də saf kimi söylədim ki, axşam 1 qədəh içmişəm, bəlkə odur. Cəriməni yazdı, maşını da cərimə meydançısına apardılar”.

Göründüyü kimi müğənn əməlinə görə yox, sözünə görə cəza aldığını düşünür. 

Bəs, həqiqət necədir? Müğənni dediklərində nə qədər səmimidir? Və avtomobil hansı halda cərimə meydançasına aparıla bilər?

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev Bizim.Media-ya bildirdi ki, müğənninin nə qədər səmimi olduğunu demək çətindir:

“Əslində bir gün əvvəl qəbul edilmiş içkinin təsiri az qalır. Yalnız, o halda hiss olunur ki, yaxın saatlarda və yaxud da həddindən çox spirtli içki qəbul edilmiş olsun”.

Ekspert içkili halda saxlanılan sürücünü hansı cərimə gözlədiyini də söylədi:

“İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinə görə əgər qanda alkoqolun miqdarı 0,3 promildirsə, nəfəsdə isə 0,16 promildirsə onda həmin adam içkili sayılır. Bu zaman, idarə olunan avtomobil cərimə meydançasına aparılır və sürücü 400 manat cərimə edilir. Bundan əlavə sürücünün sürücülük vəsiqəsinə 5 cərimə balı yazılır”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO