Bakı sakininin bank kartını oğurlayan şəxs hesabdakı pulu çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisindəki kafelərin birində Bakı şəhər sakini T.Ş-nın cüzdanından qeyri-aşkar şəraitdə bank kartının oğurlanması, sonradan isə hesabından 1310 manatının çıxarılması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bərdə rayon sakini Elsevər Dərgahov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:09 / 17.12.2022
Bakıda oğurladığı kartdan pulu çıxaran şəxs saxlanıldı
Hazırda oxunan: Bakıda oğurladığı kartdan pulu çıxaran şəxs saxlanıldı
Hazırda oxunan: Bakıda oğurladığı kartdan pulu çıxaran şəxs saxlanıldı
110115
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.