Qəbələdə 3 mağaza və çayxana yanıb - VİDEO

Qəbələdə 3 mağaza və çayxana yanıb - VİDEO

Hazırda oxunan: Qəbələdə 3 mağaza və çayxana yanıb - VİDEO

110093

Bu gecə saatlarında Qəbələnin Vəndam qəsəbəsində yanğın qeydə alınıb. Qəsəbə mərkəzinə yaxın ərazidə üç müxtəlif ərzaq mağazası yanıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna yerli sakinlər məlumat verib. Bildirilir ki, hələlik yanğının baş vermə səbəbləri məlum deyil. Sakinlərin sözlərinə görə yaxınlıqda yanacaq doldurma məntəqəsi də varmış. Baş verən güclü yanğında xəsarət alan olmasa da ərzaq mağazaları tam yanıb.

Hadisə yerinə FHN-nin Qəbələ yanğından mühafizə bölməsinin texnika və canlı qüvvəsi cəlb edilib. 

FHN-nin məlumatına görə, qəsəbədə ümumi sahəsi 97 m² olan bir dam altında bir-birinə bitişik tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 12 m² olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, sahəsi 35 m² olan çayxananın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı digər mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO