Şəkidə polis əməkdaşları təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirdi - FOTO 

Şəkidə polis əməkdaşları təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirdi - FOTO 

Hazırda oxunan: Şəkidə polis əməkdaşları təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirdi - FOTO 

110069

"Gənclər narkomaniyaya yox deyir" və "Yetkinlik yaşına çatmayanlar, sürücülük hüququ olmayanlar tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinin yol verilməzliyi və yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında Şəkinin təhsil müəssisələrində maarifləndirici tədbirlər davam edir.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, növbəti görüş rayonun Baltalı kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri və müəllimləri ilə keçirilib.

Tədbirdə Şəki şəhər polis şöbəsinin rəisi polis polkovniki Azər Muradov, şöbənin təşkilati inspektor qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Maqsud Məsimov, Dövlət Yol Polis (DYP) bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev və digər şəxslər çıxış edib.

Qeyd olunan mövzularla bağlı polis rəisi Azər Muradov və Tural Niftalıyev məktəbliləri maraqlandıran sualları cavablandırıb.

Daha sonra narkamaniyanın yaratdığı acı fəsadlar barədə videoçarx nümayiş etdirilib.

Polis şöbəsinin kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis kapitanı Pərviz Əhmədov çıxış edərək məktəbliləri polis akademiyasına qəbul qaydaları ilə bağlı məlumatlandırıb. Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin davam etdiriləcəyi qeyd olunub.
Tədbirin yekununda, məktəbin drektoru Namiq İbrahimov belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, maarifləndirici tədbirin keçirilməsinə görə, polis əməkdaşlarına məktəb kollektivi adından minnətdarlığını bildirib.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO