Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev özünüməşğulluq proqramı çərçivəsində Qəbələdə şəhid atası və müharibə veteranı üçün yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.
Bizim.Media-nın yerli bürosuna bu barədə Qəbələ rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi şəhidi İsmayıl Qurbanovun atası Yaşar Qurbanova ötən il özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar verilməklə, onun üçün avtoçilingərlik üzrə kiçik təsərrüfat yaradılıb.
Digər rayon sakini, müharibə veteranı Pərviz Qayıblı isə sözügedən proqram çərçivəsində avadanlıqlarla təmin edilərək, onun üçün qapı və pəncərə istehsalı sexi qurulub.
Şəhid atası Yaçar Qurbanov və müharibə veteranı Pərviz Qayıblı şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı sosial dəstək tədbirlərindən, kiçik təsərrüfatlarını qurmaları üçün göstərilən dəstəkdən razılıqlarını bildirib, qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial dəstək proqramı çərçivəsində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 121 min şəxsə 257 min xidmət göstərilib.
Onlardan 16,2 min şəxs aktiv məşğulluq, o cümlədən 9,3 min şəxs özünüməşğulluq proqramlarına cəlb olunub.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:02 / 16.12.2022
Qəbələdə şəhid atası və müharibə veteranı üçün yaradılmış təsərrüfatlara baxış keçirildi - FOTO
Hazırda oxunan: Qəbələdə şəhid atası və müharibə veteranı üçün yaradılmış təsərrüfatlara baxış keçirildi - FOTO
Hazırda oxunan: Qəbələdə şəhid atası və müharibə veteranı üçün yaradılmış təsərrüfatlara baxış keçirildi - FOTO
110055
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.