Praqa yaxınlığında DANIŞAN HEYKƏLLƏR – Oxşarını Xocalıda yaratmaq olar - FOTO

Praqa yaxınlığında DANIŞAN HEYKƏLLƏR – Oxşarını Xocalıda yaratmaq olar - FOTO

Hazırda oxunan: Praqa yaxınlığında DANIŞAN HEYKƏLLƏR – Oxşarını Xocalıda yaratmaq olar - FOTO

110031

Danışan heykəllər... Çexiyanın paytaxtı Praqa şəhərinin yaxınlığında ucaldılmış abidə kompleksinə baxarkən hər kəs bunu deyir.

Bizim.Media xəbər verir ki, İkinci Dünya Müharibəsi illərində Çexiyanın paytaxtı Praqanın Lidice kəndi alman faşistləri tərəfindən yerlə-yeksan edilib, kənd sakinləri xüsusi qəddarlıqla qətlə yetirilib, uşaqlarsa qaz kameralarında yandırılıb.

Hadisə 1942-ci il iyun ayının 10-da baş verib. Faşistlər gecə saatlarında Lidice kəndinə daxil olurlar. Qısa müddətdə kəndin bütün çıxışları bağlanılır. Kəndin fermasının bağında 173 kişi öldürülür. Qadınlar və uşaqlar isə Kladno məktəbinə aparılır. 3 gündən sonra isə uşaqlar analarından alınır. Bir neçə uyğun uşaq və 1 yaşından kiçik körpələr yenidən təhsilə və almanlaşdırmaya cəlb edilmək üçün internata, digərləri isə qaz düşərgələrinə aparılır. 

Kənd yerlə-yeksan edilir. Kilsə, evlər, hətta qəbiristanlıq da dağıdılır. 

İllər keçir... 1969-cu ildə Marie Uchytilova "Müharibə qurbanları olan uşaqlara abidə" kompleksinin tikintisinə başlayır. 1989-cu ildə vəfatından bir neçə ay qabaq heykəllər qismən hazır idi. Lakin, abidələr üçün bürünclərə kifayət qədər pul toplaya bilmir, “uşaqlar”dan yalnız üçünü öz vəsaiti ilə tamamlaya bilir. Heykəltaraşın həyat yoldaşı bu işi davam etdirir. Nəhayət, 1995-2000-ci illər arasında Lidice kəndində 82 tunc uşaq heykəli qoyulur...

İndi bura gələn hər kəs heykəl “uşaqlar”ın üzündəki qorxunu, dəhşəti və acizliyi çox aydın şəkildə sezir. Və uzun müddət bu dəhşətli mənzərənin təsirindən çıxa bilmir. “Danışan heykəllər” təkcə bir kəndin dəhşətli vaciəsini ifadə etmir, həm də dünyaya- müharibə edənlərə üsyan edir...
Görəsən, bizdə niyə belə komplekslər yaradılmır? Axı, bizdə də yer üzündən silinən kəndlər, şəhərlər var...

Surxay Atakişiyev, Bizim.Media













Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO