MEDİA tələbələr üçün seminar keçirib - FOTO 

MEDİA tələbələr üçün seminar keçirib - FOTO 

Hazırda oxunan: MEDİA tələbələr üçün seminar keçirib - FOTO 

109999

Medianın İnkişafı Agentliyi tərəfindən ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və media sahəsinə marağı olan 60-a yaxın tələbə üçün kommunikasiya üzrə beynəlxalq təcrübəyə malik Tatyana Ravallinin iştirakı ilə “Yeni media mühiti və rəqəmsal kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib.  

Bizim.Media xəbər verir ki, seminar müddətində texnoloji təkamülün media mühitinə kompleks təsiri, yeni mediada kommunikasiya alətləri və formaları, rəqəmsal alətlərdən istifadə edərək müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, media platformaları üzrə statistik göstəricilər və bu rəqəmlərin ənənəvi kommunikasiya formalarına təsiri kimi mövzulara toxunulub. 

Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO