Bakı-Quba yolunda dəhşətli qəzanı törədən TIR SÜRÜCÜSÜ SAXLANILDI

Bakı-Quba yolunda dəhşətli qəzanı törədən TIR SÜRÜCÜSÜ SAXLANILDI

Hazırda oxunan: Bakı-Quba yolunda dəhşətli qəzanı törədən TIR SÜRÜCÜSÜ SAXLANILDI

109996

Bakı-Quba yolunda qəza törədən "TIR" sürücüsü, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlu saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Quba yolundakı ağır qəzada 6 nəfər ölüb - YENİLƏNİB

 

O bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən E.Atayev saxlanılaraq istintaqa cəlb edilib:

"Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb. E.Atayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. Faktla bağlı istintaq hərəkətləri davam etdirilir".

Xatırladaq ki, dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub. Hadisə nəticəsində 6 nəfər həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO