Şəkili müəllim Vlll Beynəlxalq Qafqaz Konfransında iştirak edib - FOTO

Şəkili müəllim Vlll Beynəlxalq Qafqaz Konfransında iştirak edib - FOTO

Hazırda oxunan: Şəkili müəllim Vlll Beynəlxalq Qafqaz Konfransında iştirak edib - FOTO

109986

Şəki şəhər 17 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Tural Salmanov Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən "İngilis dilinin tədrisində cəsarətli məkanlar: Sinif otaqlarında yaradıcılıq və kommunikasiyanın həvəsləndirməsi" mövzusunda Vlll Beynəlxalq Qafqaz Konfransında iştirak edib.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki şəhər 17 nömrəli məktəbin direktoru Gülnarə Nəsibova məlumat verib.  

Konfransda Azərbaycan, Gürcüstan, Moldova və Ukraynadan dəvət olunmuş 100-ə yaxın ingilis dili müəllimi iştirak edib.

Konfrans Regional İngilis dili idarəsinin rəhbərliyi, ABŞ-ın Gürcüstan, Azərbaycan və Moldova səfirliklərinin dəstəyi və Gürcüstanda fəaliyyət göstərən "Project Harmony İnternational" təşkilatının təşəbbüsü ilə baş tutub. 

Konfransda iştirak edən beynəlxalq ekspertlər müəllimlik peşəsinin çətin, ancaq şərəfli, həm də spesifik sahə olduğunu vurğulayaraq müəllimlərə uğurlar arzulayıb, iştirakçıların suallarını cavablandırıb. Fikir və təcrübə mübadiləsi aparılıb.  
Müəllimlərin Vlll Beynəlxalq Konfransında fəal iştirakına və qarşıya qoyulan proqram layihələrini uğurla icra etdiyinə görə Tural Salmanov xüsusi sertifikatla təltif olunub.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO