Sülhməramlılar monitorinq qrupunun yataqlara baxış keçirməsinə növbəti dəfə ŞƏRAİT YARATMADI - VİDEO

Sülhməramlılar monitorinq qrupunun yataqlara baxış keçirməsinə növbəti dəfə ŞƏRAİT YARATMADI - VİDEO

Hazırda oxunan: Sülhməramlılar monitorinq qrupunun yataqlara baxış keçirməsinə növbəti dəfə ŞƏRAİT YARATMADI - VİDEO

109970

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə, Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bu gün Şuşada keçirdiyi brifinqdə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Aksiya keçirilən ərazidən XƏBƏR VAR - Sülhməramlıların maşınları Xankəndi və əks istiqamətdə hərəkət edir – VİDEO


Görüşdə qeyd olunub ki, təqdim edilmiş yol xəritəsinə uyğun olaraq, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır.

Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO