Azərbaycan əhalisi Ermənistan ərazisini bu sərhədlər daxilində tanımaq istəyir

Azərbaycan əhalisi Ermənistan ərazisini bu sərhədlər daxilində tanımaq istəyir

Hazırda oxunan: Azərbaycan əhalisi Ermənistan ərazisini bu sərhədlər daxilində tanımaq istəyir

109962

Azərbaycan cəmiyyətinin Ermənistanın ərazisini hansı sərhədlər daxilində tanımasına dair rəyi öyrənilib.

Bizim.Media xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin 5 dekabr-11 dekabr 2022-ci il tarixində əhali arasında keçirdiyi rəy sorğusu zamanı respondentlərə "Ermənistan dövlətinin ərazisini" hansı sərhədlər daxilində tanıyırsınız” sualı verilib.

Sorğu nəticələrinin təhlilinə əsasən, respondentlərin 22,6 faizi Ermənistan dövlətinin ərazisini Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlər daxilində, 16,2 faizi sovet dövründəki sərhədlər daxilində, 11,5 faizi 44 günlük müharibədən sonra, indiki halda müəyyən ediləcək sərhədlər daxilində tanıyır.
Respondentlərin 41,3 faizi Ermənistan dövlətinin ərazisini tanımadığını bildirir. Sorğu iştirakçılarının 3,3 faizi bu suala digər cavab variantlarını verib. Respondentlərin 5,1 faizi cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib. Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib.

Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyən edilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO