Süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

Süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

Hazırda oxunan: Süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

109961

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır.

Bizim.Media xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva mətbuat konfransında bildirib.

“Vahid Məhkəmə Sistemindən istifadə etmək istəyən vətəndaşlar əvvəlcə sistemə daxil olmalı, bir sıra sualları cavablandırmalıdırlar. Cavablar əsasında vətəndaşlar məhkəmə qərarının nəticəsi ilə bağlı ehtimalı öyrənə bilərlər.
Bu, vətəndaşlara məhkəməyə müraciət edib-etməməklə bağlı yardımçı olacaq. Həmçinin hakimlər də yeni sistemdən yararlana bilərlər.

Hazırda Vahid Məhkəmə Sistemi test rejimində fəaliyyət göstərir və 2023-cü ilin yanvarında istifadəyə verilməsi nəzərdə tutulub. Bu sahədə Ali Məhkəmə ilə birlikdə fəaliyyət göstərilir və sistemin yaradılmasında 50 minə yaxın sənəddən istifadə edilib”, - deyə İ.Vəliyeva bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO