Milli Qəhrəman Salatın Əsgərovanın oğlundan təsirli SÖZLƏR

Milli Qəhrəman Salatın Əsgərovanın oğlundan təsirli SÖZLƏR

Hazırda oxunan: Milli Qəhrəman Salatın Əsgərovanın oğlundan təsirli SÖZLƏR

109959

“Salatın Əsgərova həm ana, həm də ata tərəfdən Qarabağlı olub. Babamın əsli-kökü Şuşadan, nənəmin isə Tərtərdən olub. Lakin babam Şuşadan gələrək Füzulidə məskunlaşıb. Amma anam Salatın xanım Bakıda doğulub-böyüsə də uşaqlığı Qarabağda keçib”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov bildirib.

O, bu gün doğum günü olan mərhum anasını yad edərək, onun vətən sevgisindən danışıb:

“Salatın xanım vətəninə, torpağına çox bağlı olub. Ona görə də 1988-ci ildə həmin hadisələr başlayanda qorxmadan Qarabağa yollanıb. Hətta ayrı ixtisas sahibi olsa da, mütaliəyə olan marağı, vətən, vətəndaş təəssübkeşliyi onun jurnalist kimi fəaliyyət göstərməsinə səbəb. Mən onunla fəxr edirəm, yaşasaydı bu gün 61 yaşı olacaqdı. Amma əminəm ki, bu gün onun ruhu şaddır”.

Jurnalist Ceyhun Əsgərov öz sağlamlıq durumu ilə də bağlı məsələyə aydınlıq gətirib. O, həmçinin bu mövzu ilə yenidən gündəmə gəlmək istəmədiyini də dilə gətirib:

“Çox yaxşıyam, səhhətimdə heç bir problem yoxdur”.

Qeyd edək ki, Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən amansızcasına düşmən gülləsinə tuş gəlib. Ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib. 

Mərhum Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

Səkinə Yusibli, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO