Azərbaycan cəmiyyəti Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanır - SORĞU

Azərbaycan cəmiyyəti Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanır - SORĞU

Hazırda oxunan: Azərbaycan cəmiyyəti Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanır - SORĞU

109949

Azərbaycan cəmiyyəti Zəngəzur dəhlizinin açılması perspektivləri barədə nikbindir.

Bizim.Media xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin 5 dekabr-11 dekabr 2022-ci il tarixində əhali arasında keçirdiyi rəy sorğusu əsasında məlum olub. 

“Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına inanırsınızmı” sualına cavab verənlərin əsas hissəsi - yəni 63,1 faizi Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına tam inandığını, 25,9 faizi isə əsasən inandığını bildirib. Respondentlərin 4,1 faizi əsasən inanmadığını, 4,1 faizi isə heç inanmadığını ifadə edib. Rəyi öyrənilənlərin 2,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, sorğuda könüllülük prinsipi əsasında 18 yaşından yuxarı 390 respondent iştirak edib.

Sorğular telefonla müsahibə formasında aparılıb və 12 iqtisadi rayonu əhatə edib. Seçmə çərçivəsi beynəlxalq metodologiyaya uyğun və əhali sayına proporsional müəyyən edilib. Sorğunun nəticələri 95 faiz əminlik intervalında olmaqla xəta əmsalı 5 faizə bərabərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO