Siyasi partiyalar haqqında yeni qanun layihəsi qəbul edildi

Siyasi partiyalar haqqında yeni qanun layihəsi qəbul edildi

Hazırda oxunan: Siyasi partiyalar haqqında yeni qanun layihəsi qəbul edildi

109943

“Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. 

Bizim.Media xəbər verir ki, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli layihəni parlamentə təqdim edib. 

Komitə sədri qeyd edib ki, layihə hazırlanarkən qabaqcıl dünya təcrübəsindən istifadə edilib. 

Daha sonra çıxış edən vitse-spiker Əli Hüseynli qanun layihəsindəki bir sıra dəyişiklikləri diqqətə çatdırıb: 

“Reyestrdə ianə verən şəxslər və digər hallarda fərdi identifikasiya tələbinə qarşı bir sıra deputatlar və partiya sədrləri etirazlarını bildirdilər. Məsələ araşdırıldı və qeyd olunan tələb qanunun 3 maddəsindən çıxarıldı”, - deyə Ə. Hüseynli əlavə edib. 

Xatırladaq ki, Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib.

Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təklifini rəsmi qaydada təqdim edib.  

Bununla yanaşı, yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Belə ki, oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və eyni zamanda, dövlət qeydiyyatından keçərək ölkədə fəaliyyət göstərən əksər siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.
Növbəti dinləmə isə noyabrın 4-də baş tutub və dinləmələrdə siyasi partiya rəhbərləri və nümayəndələri qanun layihəsi ilə bağlı öz təklif və rəylərini bildirib. Təqdim olunan rəylər əsasında qanun layihəsinin yeni variantı hazırlanıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO