Şuşa-Xankəndi yolundan sülhməramlıların təminat avtomobilləri keçib – FOTO 

Şuşa-Xankəndi yolundan sülhməramlıların təminat avtomobilləri keçib – FOTO 

Hazırda oxunan: Şuşa-Xankəndi yolundan sülhməramlıların təminat avtomobilləri keçib – FOTO 

109938

Azərbaycanın QHT nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə keçirilən etiraz aksiyası beşinci gündür ki, davam edir.

Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid təminat avtomobilləri keçib.
 

MÖVZU İLƏ BAĞLI:

Aksiya keçirilən ərazidən XƏBƏR VAR - Sülhməramlıların maşınları Xankəndi və əks istiqamətdə hərəkət edir – VİDEO


Xatırladaq ki, dünən də Rusiya sülhməramlı kontingentinə məxsus 2  "KAMAZ" markalı yük maşını və 2 "UAZ Patriot" markalı minik avtomobilinin Laçından Xankəndi istiqamətinə, 1 "Tigr" markalı zirehli avtomobilin isə əks istiqamətdə hərəkətinə şərait yaradılıb.

Qeyd edək ki, erməni mediası azərbaycanlıların Laçın yolunu bağladıqlarını və təminat avtomobillərinin buraxılmadığı barədə yalan məlumatlar yayırdılar.

Laçın yolundakı bugünkü mənzərə isə onu göstərir ki, yol humanitar məqsədlər üçün açıqdır.  Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
 

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu.


Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO