Balıq tutmaq adı ilə Xəzərin altı ilə gedən kabelləri oğurladılar

Balıq tutmaq adı ilə Xəzərin altı ilə gedən kabelləri oğurladılar

Hazırda oxunan: Balıq tutmaq adı ilə Xəzərin altı ilə gedən kabelləri oğurladılar

10992

Su polisləri Xəzər dənizinin dibi ilə çəkilən müxtəlif təyinatlı kabelləri kəsərək oğurlayan şəxslərə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Mərkəzinin Regional Şöbəsinin “Zirə” Sahil Nəzarət Bölməsinin əməkdaşları ilə birgə həyata keçirdikləri növbəti əməliyyat zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd hərəkətlərin qarşısı alınıb.

Məlumta görə, Xəzər rayonu Zirə qəsəbəsi istiqamətində dəniz sahilində vətəndaşlar Elman Nəsirov, İlqar Əhmədov və Mövla Dövlətov saxlanılıblar.

Onlara məxsus mühərriklə təchiz edilmiş qayığa baxış zamanı həmin şəxslərin dənizdən kəsərək oğurladıqları ümumi çəkisi 200 kiloqram olan müxtəlif ölçülü və təyinatlı kabellər aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər əvvəlcə balıq tutmaq üçün müvafiq dövlət qurumlarında kvotalar əldə ediblər. Xəzər dənizinə balıq tutmaq adı ilə gedən dəstə üzvləri orada bunun əvəzində suyun altı ilə gedən kabelləri kəsərək ələ keçiriblər.

Bu şəxslərə məxsus mühərriklə təmin edilmiş qayığa baxış zamanı bir dənə də olsun balığın aşkar edilməməsi onların əsl məqsədlərinin məhz sualtı kabel xətlərini oğurlamaq olduğunu deməyə əsas verir.

Hazırda polis idarəsində dəstə üzvləri ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Su polisləri tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı bundan sonra da əməliyyat tədbirləri davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO