Miqrasiya Xidmətindən Bizim.Media-ya hindistanlılarla bağlı AÇIQLAMA: “5891 miqrant haqqında ölçü götürülüb”

Miqrasiya Xidmətindən Bizim.Media-ya hindistanlılarla bağlı AÇIQLAMA: “5891 miqrant haqqında ölçü götürülüb”

Hazırda oxunan: Miqrasiya Xidmətindən Bizim.Media-ya hindistanlılarla bağlı AÇIQLAMA: “5891 miqrant haqqında ölçü götürülüb”

109917

28 noyabr 2022-ci ildə “Əhalini kabus kimi izləyən hindistanlı DİLƏNÇİLƏR – Miqrasıya Xidməti hara baxır?” başlıqlı material dərc etmişdik. Materialda son vaxtlar paytaxtda və iri şəhərlərdə əcnəbi dilənçilərin artdığı qeyd olunmuşdu. Bildirilmişdi ki, turist kimi ölkəmizə gələn hindistanlılar heç bir qeydiyyata düşmədən hətta taksi sürücüsü kimi də fəaliyyət göstərirlər.

Bizim.Media məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinə sorğu göndərmişdi. Qurum nəhayət ki, sorğumuza cavab verib.
 

MÖVZU İLƏ BAĞLI:

Əhalini kabus kimi izləyən hindistanlı DİLƏNÇİLƏR – Miqrasıya Xidməti hara baxır?


Cavab məktubunda deyilir:

“Sizin Dövlət Miqrasiya Xidmətində 2022-ci il 28 noyabr tarixdə K-9867 nömrə ilə qeydiyyatdan keçmiş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı bildiririk ki, Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən ölkəmizə gələn əcnəbilərin böyük əksəriyyəti turist vizası ilə ölkəyə daxil olurlar. Turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Əcnəbilərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün işəgötürənlər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada iş icazəsi alınmalıdır”.

Məktubda daha sonra qeyd edilir:
 

“Azərbaycan Respublikasında olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi təhlillər və monitorinqlər aparılır. Ölkə ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkarlandıqda onlar barəsində qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.


Qeyd edilməlidir ki, 2022-ci ilin son 3 ayı (sentyabr, oktyabr, noyabr) ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 5891 inzibati qərar qəbul edilib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO