Siyəzəndə 6 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı

Siyəzəndə 6 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı

Hazırda oxunan: Siyəzəndə 6 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi başlandı

109909

Siyəzən rayonunda 6 nəfərin öldüyü yol qəzası faktı ilə bağlı cinayət işi başlanılıb. 

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Quba yolundakı ağır qəzada 6 nəfər ölüb - YENİLƏNİB


Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. 

Hazırda istintaq aparılır. 

Qeyd edək ki, hadisə dekabrın 15-i səhər saat 10 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 98-ci kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb. 

Belə ki, Yardımlı rayon sakini, 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlunun idarə etdiyi “Mercedes-Benz Viano” markalı, 10-VE-933 dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətdə hərəkətdə olan Quba rayon sakini, 1992-ci il təvəllüdlü Atayev Elçin Arif oğlunun idarə etdiyi “DAF” markalı, 99-BG-262 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. 
Nəticədə “Mercedes-Benz Viano”nun sürücüsü və onun 5 sərnişini hadisə yerində ölüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO