Laçın yolunda aksiya DAVAM EDİR - FOTO/VİDEO

Laçın yolunda aksiya DAVAM EDİR - FOTO/VİDEO

Hazırda oxunan: Laçın yolunda aksiya DAVAM EDİR - FOTO/VİDEO

109896

Xankəndi-Laçın yolunda möhtəşəm anlar yaşanıb, aksiyaçılar yeni günə birlik rəmzi olan yallı rəqsi ilə başlayıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, səhər saatlarında Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra aksiya meydanına gələn aşıqlar yallı rəqsi səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Aksiya keçirilən ərazidən XƏBƏR VAR - Sülhməramlıların maşınları Xankəndi və əks istiqamətdə hərəkət edir – VİDEO


İştirakçılar halay tutub rəqs edərək bütün dünyaya birlik-bərabərlik mesajı göndəriblər. Aksiya bu gün də yüksək əzmkarlıqla davam edir. 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO