Quba sakinlərindən MÜRACİƏT:

Quba sakinlərindən MÜRACİƏT: "Qaz limiti artırılsın" - FOTO 

Hazırda oxunan: Quba sakinlərindən MÜRACİƏT: "Qaz limiti artırılsın" - FOTO 

109853

Qubanın Vladimirovka kəndində sakinlər onları dinləməyə gələn rayon rəhbərindən "Azəriqaz"da təbii qazın limitinin artırılması ilə bağlı məsələ qaldırmağı xahiş edib. 

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Vladimirovkada və ətraf kəndlərdə yaşayan sakinlər ilin yarısını soyuq keçən Quba rayonuna verilən qaz limitinin artırılması məsələsini İcra Hakimiyyəti  başçısından hökümət qarşısında məsələ qaldırmağı rica ediblər. 

Qaldırılan məsələlər sırasında elektrik xəttlərinin yenilənməsi məsələsi də olub. Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev səslənən problemlərin aidiyyatı təşkilatlar qarşısında qaldırılacağını deyib.  
Sakinlərlə keçirilən görüşdə DTX-nin rayon şöbəsinin rəisi, rayon ağsaqqallar şurasının sədri, müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO