Rəşid Kazımov müxtəlif növ taxta materiallarından işləmə üsulu ilə növbənöv məişət əşyaları və suvenirlər hazırlamaqla məşğuldur. Göyçaylı sənətkarın şöhrəti artıq ətraf rayonlara da yayılıb.
Əsas işi, özünün də dediyi kimi, dülgərlik olsa da, son illər özündə rəssamlıq bacarığını da formalaşdırıb, özünəməxsus dəsti-xətt yaradıb. Tarixi şəxsiyyətlərin, Milli qəhrəman və şəhidlərimizin, tanınmış din xadimlərinin surətini canlandıran usta övladına baxaraq rəssamlığa həvəsi yarandığını deyir.
Hal-hazırda hərbi xidmətdə olan oğlu da rəssamdır və onlarla tablo müəllifidir. 4 il öncə rəssamlığa başlayan Rəşid Kazımov da xeyli sayda portret hazırlayıb.
Onun gördüyü işin qəribə tərəfi isə odur ki, hazırladığı portretləri qələmlə, mürəkkəblə yox, çox maraqlı bir üsulla ərsəyə gətirir. Belə ki, parça üzərində yanıq izi ilə rəsm canlandıran usta ilk əsərinin cizgi filmlərinin qəhrəmanları və Quran ayələri olduğunu deyir.
Usta yaratdığı əsərlərin bir hissəsini satır və satdığı əsərləri dolanışıq üçün yox, məhz sifariş verildiyi üçün icra edir. Lakin elə əsərlər olur ki, satmağa qıymadığını, bəzilərini isə hədiyyə etdiyini deyir.
2021-ci ildə “Nizami ili” ilə əlaqədar əsərlərində Nizami yaradıcılığına da xüsusi yer verib. Hazırda ölkə başcısının “Dəmir Yumruq” əsərinin üzərində işləyir və bu işi sərgilərdən birində nümayiş etdirmək niyyətindədir.
Usta deyir ki, insanları ən çox maraqlandıran bu əsərlərin nə qədər vaxta ərsəyə gəlməsidir. Əlbəttə ki, əsərlərin işlənmə vaxtı ölçüsündən və tərkibindəki nişanlardan asılıdır.
Rəşid ustanın yeganə oğlu Əliturab Sərhəd qoşunlarında xidmət edir, hazırda evə bir neçə günlük məzuniyyətə gəlib:
“Uşaqlıq illərindən marağım vardı bu sahəyə, atama da sirayət elədi rəssamlığım. İndi ata-bala bala-bala yaradırıq özümüz üçün”.
Usta Rəşid isə deyir ki, bu iki sənətin sintezindən yaranan əsərlərini geniş bir sərgi şəklində təqdim etməyi arzulayır. Bir də istəyir ki, həvəsi olan bir neçə şəyird götürsün özünə, yaşatsın bu bacarıqlarını.
Aqil Əəsdov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:30 / 15.12.2022
Göyçaylı usta Rəşidin rəssamlıq QABİLİYYƏTİ: “Yaşlı vaxtımda oğlumdan öyrəndim” - FOTO
Hazırda oxunan: Göyçaylı usta Rəşidin rəssamlıq QABİLİYYƏTİ: “Yaşlı vaxtımda oğlumdan öyrəndim” - FOTO
Hazırda oxunan: Göyçaylı usta Rəşidin rəssamlıq QABİLİYYƏTİ: “Yaşlı vaxtımda oğlumdan öyrəndim” - FOTO
109820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.