Azərbaycanda 30%-ə qədər müəllim SAVADSIZDIR – Gələcəyimizi necə xilas edək?

Azərbaycanda 30%-ə qədər müəllim SAVADSIZDIR – Gələcəyimizi necə xilas edək?

Hazırda oxunan: Azərbaycanda 30%-ə qədər müəllim SAVADSIZDIR – Gələcəyimizi necə xilas edək?

109809

Azərbaycanın təhsil sistemi hələ də problemlər məngənəsində çabalayır. Məktəblərdə müəllim-şagird, təlim-tədris problemləri ciddi şəkildə özünü göstərməkdədir. Təhsil ocaqlarında tərbiyyə məsələləri çoxdan arxa plana keçib. Bu istiqamətdə problemlər azalmaq əvəzinə, ildən-ilə daha da artır.

Maraqlıdır ki, həmin problemin yaranma səbəbləri barədə də fikir ayrılığı hökm sürür. Bəziləri mövcud qüsularda zəmanəni günahkar bilir.

Digər bir qisim yaranmış durumun günahkarı rolunda Baloniya sisteminin tətbiqini görür. Bir başqaları da müasir nəslin asan inteqrasiyadan dolayı yaranan "tərbiyyəsizliyitindən" şikayətlənir. 
Əslində yaranmış durumun kökündə müəllim savadsızlığı, elmsizliyi dayanır. Bunun kökü isə gedib sovetlər dönəminə qədər dirənir. Rüşvət verərək təhsil alan müəllimlərin sayı artdıqca, cəmiyyət bataqlığa sürükləndi, savadsız müəllimlər ordusu yarandı.

Savadlı insan müəllim olmaqla yanaşı, həm mədəni vətəndaş, həm psixoloq, həm də yönəldici olur. İndi bunlardan hansı elementləri müəllimlərdə tapmaq mümkündür?  

Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sertifikasiya imtahanında 10-20 bal toplayan müəllimlər də var: 

“Bu gün bizim 10-20 bal toplayan müəllimlə nə etməliyik? sualı açıqdır”.

Nazir qeyd edib ki, hazırda öz fənnini bilməyən müəllimlər 60 min uşağa dərs deyir: "Onlar ibtidai təhsildə 10-15 faiz uşaq deməkdir. Bizim 10-15 faiz uşağımıza dərs deyən müəllimlərin öz fənn biliyi çox aşağıdır.

Burada "nə etmək olar?” sualına cavab tapmalıyıq. Eyni zamanda bu müəllimlərdən 1479 müəllim bütöv sinfə dərs deyir. Onların əksəriyyəti - təxminən 877 müəllim 600-1000 manat arasında maaş alır. Öz fənnini yaxşı bilən müəllimlər isə heç bu maaşı ala bilmir”.

Qeyd edək ki, ölkədə 160 minə yaxın müəllim var. Onların da hələlik yalnız 11 minindən bir qədər artığı sertifikasiya imtahanı verib. Hansı ki, imtahan verənlərin də 2368 nəfəri 0-29 arası bal toplayıb. Bu minvalla 160 min müəllimin imtahan verməsi fonunda onun təxminən 30 minindən çoxunun savadsız olduğu üzə çıxacaq.   

Belə olan vəziyyətdə Təhsil nazirinin də geleyləndiyi kimi, testlərdən 10-20 bal yığa bilməyən müəllimlə nə etmək olar? Burada çıxış yolu nədir? 

Bizim.Media-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi düşünür ki, sertifikasiya imtahanından aşağı nəticə əldə edənlər şagirdlərin bədbəxt olmalarına yol verməmək üçün tədris prosesindən uzaqlaşdırılmalıdırlar:

“Sertifikasiya imtahanında 40 nəfər müəllim cəmi 0-9 arası bal toplayıb. Ümumiyyətlə, prosesdə iştirak edən 11 mindən çox ibtidai sinif müəllimindən 2368 nəfəri 0-29 arası bal toplayıb. Bu isə gələcək baxımından təhsil prosesində ciddi fəsadların olacağına indidən işarədir. Yaranmış vəziyyət müstəqilliyin ilk dövrlərində ölkədə pərakəndəliyin, xaotik vəziyyətin hökm sürməsilə bağlıdır.

Belə olan vəziyyətdə təhsildə direktor və müəllimlərin  seçimi çətinliklərlə başa gəlirdi. Sovet dövründə təhsil alan müəyyən şəxsləri müəyyən məktəblərə direktor, adi texnikum təhsili alanı belə müəllim təyin erdirdilər.

Hansı ki, həmin şəxslər hazırda da çalışırlar. Lakin onlar isə indiki zamanda mövcud çağırışlardan, təhsil standartlardan uzaq düşüblər. Bu insanlar informasiya texnologiyasından uzaq düşüb, kurikulum sisteminə bələd deyillər.

Belə olan halda onlar mövcud təhsil proqramına yaddırlarsa, imtahan verdikləri zaman mənfi nəticələr əldə edirlər. Minlərlə müəllim var ki, vaxtilə onların əldə etdiyi diplomların heç bir əsası olmayıb.
Bu mənada sertifikasiya imtahanından keçə bilməyən müəllimlər müəyyən təkmilləşdirmə hazırlıqlarına cəlb olunmalıdırlar.

Onun məntiqi nəticəsi olmadığı təqdirdə isə, həmin şəxslər təqaüdlərinin saxlanılması şərtilə tədris prosesindən uzaqlaşdırılmalıdır. Onları yalnız müəyyən fakultətiv məşğələlər, məktəbdə hər hansı bir tədbirin təşkili üzrə işlə əmin etmək olar. Amma onların müəllim kimi auditoriyaya daxil etmək yenidən şagirdlərin bədbəxt edilməsi demək olacaq”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO