Şuşa-Xankəndi yolunda rus əsgəri əlində silah ayaqüstə yatdı – FOTO

Şuşa-Xankəndi yolunda rus əsgəri əlində silah ayaqüstə yatdı – FOTO

Hazırda oxunan: Şuşa-Xankəndi yolunda rus əsgəri əlində silah ayaqüstə yatdı – FOTO

109800

Xəbər verdiyimiz kimi, artıq 4-cü gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar Qarabağda ekoloji terrora qarşı etiraz aksiyası keçirir.

Bizim.Media-nın ərazidə olan əməkdaşı əlində silah, Azərbaycanın şanlı bayrağının önündə ayaqüstə yatan rus əsgərini fotosunu çəkib.

Bu, onu deməyə əsas verir ki, Azərbaycan ekoloqlarına Qarabağda, işğal altında olan “Dəmirli” və “Qızılbulaq” yataqlarında monitorinq aparmaq üçün icazə verməyən rus sülhməramlıları çox yorulub.
Onlardan fərqli olaraq azərbaycanlı fəallar yorulmaq bilmir, gecə-gündüz aksiyalarını davam etdirir, müxtəlif səpgili şüarlar səsləndirir, Azərbaycan himni ilə yanaşı populyar mahnılarımızı oxuyurlar.

Deməli, hər gün böyük iradə və əzimkarlıq nümayiş etdirirlər. 

Rus əsgərləri isə bağladıqları yolun hər iki istiqamətində silahları ilə dinc aksiyanın silahsız iştirakçılarının qarşısında sipər olub. Onlar unudurlar ki, Azərbaycan xalqı kəskin hava şəraitinə baxmayaraq bu haqlı aksiyada öz haqqını almaqda qərarlıdır.

Bir sözlə, Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO