Baki şəhəri, Qara Qarayev küçəsi 102 “c” ünvanında yerləşən “Adell Bridal Room” gəlinlik mağazası ilə müştəri arasında pul qalmaqalının yaşandığını xəbər vermişdik.
Bununla bağlı redaksiyamıza Cəlalə Mehtiyeva müraciət etmişdi.
Belə ki, o, qardaşı qızı Səma Süleymanzadə üçün həmin mağazadan ümumi kirayə dəyəri 1550 azn olan iki dəst gəlinlik paltarı seçib və ilkin olaraq beh şəklində 50 manat ödəniş edib.
Müştəriyə heç bir qəbz təqdim etməyən mağaza üstəlik gəlinliyin məbləğinin 30-50 % -nin öncədən ödənilməsini tələb edib. Cəlalə Mehtiyeva sonradan onların hesabına 500 manat məbləğində pul köçürüb.
MÖVZU İLƏ BAĞLI:
Yas düşdüyü üçün toyu təxirə düşən qız pulunu geri ALA BİLMİR - QALMAQAL
Bir neçə gün sonra ailədə faciə yaşanıb. Yas düşdüyü üçün toy 1 il sonraya təxirə salınıb. Müştəri dərhal bu barədə mağazanı məlumatlandırıb və pulunun geri qaytarılmasını istəyib. Amma qarşı tərəf ödənilən məbləği geri verməyəcəklərini bildirib. Beləliklə mağaza rəhbərliyi ilə müştəri arasında gərginlik və mübahisələr artıb.
Məsələ saytımızda ictmailəşəndən sonra “Adell Bridal Room” gəlinlik mağazası problemi yoluna qoyub.
Bizim.Media-ya bu barədə məlumat verən Cəlalə Mehtiyeva pulunu geri aldığı üçün saytımızın rəhbərliyinə və kollektivinə minnətdarlığını ifadə edib:
“Sizin onlara zənginizdən və məsələni ictimailəşdirdiyinizdən sonra mağazadan mənimlə əlaqə yaradıldı. Paltar üçün ödədiyim 550 manatı geri qaytardılar. Hələ onlara 50 manatı halallıq üçün saxlamalarını demişdim. Onu da qaytarıblar. Var olun ki, haqqın yanındasız və sizin günahkarları ifşa etməyiniz problemin həllinə vəsilə oldu”.
Alçina Amilqızı, Bizim.Media