Bir uzunqulağa görə sosial yardımdan məhrum oldu – Tərtərdə LƏTİFƏ KİMİ HADİSƏ

Bir uzunqulağa görə sosial yardımdan məhrum oldu – Tərtərdə LƏTİFƏ KİMİ HADİSƏ

Hazırda oxunan: Bir uzunqulağa görə sosial yardımdan məhrum oldu – Tərtərdə LƏTİFƏ KİMİ HADİSƏ

109756

Tərtər rayonu Bəyimsarov kənd sakini İntiqam Bəhramov iddia edir ki, onun bir uzunqulağı olduğuna görə ƏƏSMN ona ünvanlı sosial yardım verməkdən imtina edib.

Düşdüyü vəziyyətlə bağlı fikirlərini Bizim.Media ilə bölüşən İntiqam Bəhramov əvvəllər ünvanlı sosial yardım aldığını deyir:

“Bir axsaq uzunqulağa görə mənə ünvanlı sosial yardım vermədilər. Gəldilər, yaşayışımıza baxdılar. Həyətdə bir uzunqulaq gördülər. Ona görə mənə yardım verməkdən imtina etdilər. Guya bu uzunqulaqla mən pul qazanıram. İnandığımız haqqı 8 il qabaq canavar o uzunqulağın bir qılçasını parçalayıb. İndi o da bir işə yaramır. Amma belə başa düşdüm ki, bu şikəst uzunqulaq mənim işimə yaramasa da nazirliyin işinə yarayıb”.

Məsələ ilə bağlı ƏƏSMN ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, hazırda hansısa rəy bildirmək doğru olmazdı.

Öncəliklə İntiqam Bəhramova ünvanlı sosial yardımın nə səbəbə verilmədiyi bir daha tərəfimizdən araşdırılacaq. Şikayətçiyə və sizə ətraflı məlumat veriləcək.

Mövzunu gündəmdə saxlayırıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO