Çələbi Xan Şəkiyə yenidən qayıdır – Dekabrın 17-nə GÖZLƏNİLƏN HADİSƏ

Çələbi Xan Şəkiyə yenidən qayıdır – Dekabrın 17-nə GÖZLƏNİLƏN HADİSƏ

Hazırda oxunan: Çələbi Xan Şəkiyə yenidən qayıdır – Dekabrın 17-nə GÖZLƏNİLƏN HADİSƏ

109748

Tezliklə Şəki teatrında “Çələbi Xan” adlı tamaşanın premyerası olacaq.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında mövsümün ilk tamaşasının premyerasına hazırlıq görülür. Müasir yazar Xəqani Əliyevin "Çələbi Xana Qızılqaya xəyanəti" adlı tarixi dramı əsasında səhnələşdirilmiş "Çələbi Xan" tamaşasının məşqləri başa çatıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mirbala Səlimli məlumat verib: 

“Tamaşa xanlıqlar dövrründən bəhs edir. Belə ki, dörd xan birləşərək Şəki xanı Hacı Çələbini devirmək istəyir.

Bununla əlaqədar qərarlarını gürcü çarına çatdırırlar. Çar Teymuraz və onun oğlu İrakli onları danışığa dəvət edir və 1752-ci ildə Gəncə yaxınlığında Gəncəni və Qarabağı tutmaq niyyəti ilə həmin dörd xanı əsir götürürlər.

Hacı Çələbi xan isə ona qurulan oyunlardan xəbərdar olmasına baxmayaraq gürcü çarına qarşı yürüşə qalxır və ordusu ilə onları torpaqlarımızdan qovaraq dörd xanı azad edir. Əsərin əsas qayəsi bundan ibarətdir”.

Baş rejissorun sözlərinə görə tamaşanın premyerası dekabrın 17-ə planlaşdırılıb. Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədov, bəstəkarı Sərdar Fərəcovdur.
Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, Xəyal Salahov, Aydın Əlibalayev, Əməkdar artist Akif Yusifov və digərləri ifa edir.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO