Tanınmış jurnalist Şakir Eminbəyli “Space” telekanalının baş direktoru, rejissor Vaqif Mustafayevin istefasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Facebook səhifəsində post paylaşaraq, televiziya haqqında fikir və təkliflərini izləyiciləri ilə bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
Space televiziyasının efirində biabırçılıq – Qadınla sevişmək... - VİDEO
Onun “Space TV haqqında qısaca...” başlığı altında yazdığı qeydi təqdim edirik:
“1. Vaqif Mustafayev bu televiziya şirkətində bacardığını edib, yəni kanalın bu günkü vəziyyəti onun maksimum göstərə biləcəyi nəticədir.
Vaqif Mustafayev ilk növbədə Azərbaycan mədəniyyətində əlahiddə imzası olan Azərbaycan vətəndaşı, Azərbaycanlıdır.
Xidmətləri danılmazdır, adam yalnız təşəkkürə layiqdir.
2. Kanal fəaliyyətini davam etdirəcəksə yeni rəhbər gənc olmaqla bərabər, indiyədək media sahəsində uğur qazanmış, müəyyən təcrübə yiyəsi sayılan mütəxəssis olmalıdır.
3. Kanal öz dəsti - xətti (formatı) ilə seçilməli, ölkənin televiziya məkanında özünə məxsus yeri olmalıdır.
Zənnimcə, bu format "film/serial kanalı" kimi öz tamaşaçı kütləsinə malik ola bilər. Sadəcə olaraq əyalət təfəkküründən çıxıb, müasir yanaşmanın tətbiqi gərəkdir.
4. Kanal rəhbərliyi ona ayrılan büdcə və qazanacağı illik gəlirləri hesablayıb, sağlam biznes plan əsasında fəaliyyətini qurmalıdır.
5. Kanalın maliyyə mənbəyi yoxdursa, kanal fəaliyyətini dayandırmalı və ləğv olunmalıdır”.
Qeyd edək ki, fevralın 5-də Space telekanının baş direktoru Vaqif Mustafayev öz istəyi ilə vəzifəsindən istefa verib.
Vüsalə Balayeva, Bizim.Media