Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Piriyev saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu yayıb.
Araşdırmalar zamanı həmin şəxs rayon ərazisində olan marketlərdən birinə daxil olaraq oradan 490 manat pul və 20 manat dəyərində müxtəlif növ siqaretlər oğurladığını, eləcə də Quba Poçt filialının 1-ci Nügədi poçt şöbəsinə maddi ziyan vurmaqla oğurluğa cəhd etdiyini etiraf edib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.
Bizim.Media
