Meşə fondu torpaqlarında 25 mindən artıq ağac ƏKİLDİ  

Meşə fondu torpaqlarında 25 mindən artıq ağac ƏKİLDİ  

Hazırda oxunan: Meşə fondu torpaqlarında 25 mindən artıq ağac ƏKİLDİ  

109673

Ötən gün meşə fondu torpaqlarında 25 mindən artıq ağac əkilib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-ya bildirib ki, ölkə ərazisini əhatə edən meşəbərpa tədbirləri payız əkin planına uyğun olaraq bu gün Qəbələ, Şamaxı, Sabirabad və Bərdə rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində keçirilib. 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində ümumilikdə 25 000-dən artıq ağac tingi əkilib, 450 kiloqramdan çox toxum səpilib.  
"Ölkə ərazisində meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif növ ağaclar əkilir, toxumlar səpilir”,- deyə V.Fərzəliyev bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO