Cəlilabadda ev yandı – Araşdırmalar başladı 

Cəlilabadda ev yandı – Araşdırmalar başladı 

Hazırda oxunan: Cəlilabadda ev yandı – Araşdırmalar başladı 

109659

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonunun Sabirabad kəndində, 1987-ci il təvəllüdlü Əhmədov Xalid Sərxan oğluna məxsus ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, yanğın nəticəsində ümumi sahəsi 324 kvadratmetr (hər mərtəbəsi 162 kvadratmetr) olan iki mərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, o cümlədən içərisindəki əşyalar yanıb.
Ümumilikdə hadisə nəticəsində 60 kvadratmetr sahə və dam örtüyü yanıb. Yanğın Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası tərəfindən söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO