ABŞ istehsalı olan detektorların istifadəsinə dair təlim olacaq - FOTO 

ABŞ istehsalı olan detektorların istifadəsinə dair təlim olacaq - FOTO 

Hazırda oxunan: ABŞ istehsalı olan detektorların istifadəsinə dair təlim olacaq - FOTO 

109620

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara ANAMA-nın təlimatçıları ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın müvəqqəti işlər vəkili ANAMA-nın Göygöl Regional Mərkəzində ANAMA-nın təlimatçıları ilə görüşüb və torpaq altında olan maneələrin xüsusi radarlarla təchiz edilmiş ABŞ istehsalı olan detektorların istifadəsinə dair, eləcə də partlayıcı sursatların zərərsizləşdirilməsi ilə bağlı keçiriləcək təlimləri müzakirə edib. 
"ABŞ minalardan təmizləmə fəaliyyətinə və ölümcül partlayıcı sursatların təmizlənməsinə texniki dəstək verir. Bu səylər insan təhlükəsizliyinin gücləndirilməsində və köçkün icmalarının öz evlərinə qayıtmalarına və həyatlarını təhlükəsiz şəkildə bərpa etmələrinə imkan yaratmaqda mühüm rol oynayır", səfirlik yaydığı məlumatda qeyd edib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO