Pənah Hüseyn Laçın yolundakı aksiyaçılara SƏSLƏNDİ: “Təzyiqlər olacaq...”

Pənah Hüseyn Laçın yolundakı aksiyaçılara SƏSLƏNDİ: “Təzyiqlər olacaq...”

Hazırda oxunan: Pənah Hüseyn Laçın yolundakı aksiyaçılara SƏSLƏNDİ: “Təzyiqlər olacaq...”

109605

Pənah Hüseyn Laçın yolunda azərbaycanlıların keçirdiyi dinc aksiya ilə bağlı ermənilərin qaldırdığı hay-küyü ənənəvi taktika adlandırıb. Onun fikrincə, bu cür təzyiqlər gözləniləndir, amma məqsəddən yayınmaq olmaz.  

Bizim.Media-ya açıqlamasında AXP sədri Pənah Hüseyn aksiyaçılara sələnərək bildirib ki, ermənilər bu sayaq əsası olmayan çıxışlarla artıq dünya ölkələrinin də zəhləsini tökməyə başlayıblar: 

“Etiraz aksiyasına çıxan nümayəndələr heç bir halda yoldan keçən nəqliyyat vasitələrinin hərəkətinə maneə olmurlar. Onlar dinc şəkildə konkret tələblərlə çıxış edirlər. Bütün dünya da bunu görür, mən də aksiyaçılara səslənib deyirəm ki, heç bir vəchlə məqsəddən yayınmaq olmaz. Doğru yoldadırlar və haqqı tələb edirlər. Yolu əslində ermənilər kəsib.
O baxımdan, Vardanyan adlı deputatın söylədiklərinin heç bir əsası yoxdur. Ümumiyyətlə, ermənilər bu sayaq çıxışlarla artıq dünya ölkələrinin də zəhləsini tökürlər. Keçirilən dinc aksiyanı soyqırım, genosid təhlükəsi yaratmaqda ittiham etmək isə ermənilərin vərdiş etdiyi və əslində erməni xalqının özünə böyük bəlalar gətirən yersiz təbliğatdır. O baxımdan əsassız məsələdir”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO