“Türkdilli Dövlətlər Birliyi önəmli statusa malikdir” – Rəbiyyət Aslanova 

“Türkdilli Dövlətlər Birliyi önəmli statusa malikdir” – Rəbiyyət Aslanova 

Hazırda oxunan: “Türkdilli Dövlətlər Birliyi önəmli statusa malikdir” – Rəbiyyət Aslanova 

109491

“Yaşadığımız zamanda dünya birliyi əsrlərlə əvvəl olduğu kimi yenə də mövcudluq problemi ilə üzləşir. Daha dəqiq desək, geniş mənada müasir qlobal münaqişə və ziddiyyətlər, təkcə mövcud dünya düzəninə deyil, həm də MDB məkanının mədəni irsinə ciddi problem yaradır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova  12-13 dekabr tarixlərində, MDB-yə üzv dövlətlərin Daşkənddə keçirilən “Elm və Yaradıcılıq sahəsində Ziyalılarının XV Forumu"nda çıxışı zamanı bildirib. 

Belə ki, BDU-nun professoru XV forum çərçivəsində “MDB ölkələrinin ən yeni mədəni kodu: əməkdaşlığın inkişafı üçün vektorlar” mövzusunda aparılan panel müzakirələrində “Mədəniyyətlərarası kommunikasiyalar mədəni inteqrasiyanın humanitar mexanizmləri kimi” adlı məruzə ilə çıxış edib. 

Rəbiyyət Aslanova qeyd edib ki, Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycanda mədəni irsin qorunması və inkişafı ilk sıralarda duran məsələlərdəndir: 

“Bəşəriyyətin öz tarixi boyu böhranın hər mərhələsindən sonra çıxardığı dərslər bizə indi də yeni inteqrasiya və mədəniyyətlərarası kommunikasiyanın qurulması üçün yol xəritəsinin konturlarını görməyə imkan verir”. 

Professor bildirib ki, Azərbaycanın “mədəni kodu” adət-ənənələr, müasirləşmə, tolerantlıq, multikulturalizmdir:  

“Bu məcəllə əsasında ümumi iqtisadi və siyasi məqsədlər, o cümlədən mənəvi-hüquqi normalar əsasında birləşdirilən, xalqın seçimi, dövlətin gücü və digər strukturlar tərəfindən dəstəklənən vahid sosial-mədəni məkan formalaşır.  

Rəbiyyət Aslanova əlavə edib ki, mədəniyyət kodunun özəyi kimi tədqiqatçılar tərəfindən geniş təhlil edilən “Azərbaycan multikulturalizmi” modeli həm xarici, həm də daxili mədəniyyət siyasətinin strategiyası kimi çıxış edir: 
“Azərbaycan multikulturalizmi” məsələsinin mühüm tərəfi ondan ibarətdir ki, bu model müxtəlif etnik-mədəni ənənələri, məişət, dini, etik və s. inteqrasiya edən milli dəyərlər sisteminə arxalanmağı nəzərdə tutur. Azərbaycan mədəniyyətinin sivilizasiya özəyi özünəməxsus dəyərləri ilə bütün tarixi dövr ərzində dəyişməz olaraq qalır”. 

Professor vurğulayıb ki, mədəniyyətlərarası kommunikasiya Azərbaycanda Heydər Əliyev Fondunun məqsədləri sırasında mühüm yer tutur.  

“Fonda Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyeva rəhbərlik edir. Tədbirlərin sayının ən çox olduğu ölkələr arasında Rusiya, MDB ölkələri, Avropa və Türkiyə fərqlənir. 2016-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə də Fondun, Azərbaycan səfirliyinin və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə mədəniyyətimizə həsr olunmuş tədbir keçirilib”. 

Rəbiyyət Aslanova türkdilli dövlətlər arasında mədəni əlaqələrin inkişafından da söz açıb: 

“Xüsusilə vurğulayaq ki, müasir yeni reallıqda mədəniyyətlərarası kommunikasiyanın yeni təməl modeli kimi Türkdilli Dövlətlər Birliyi önəmli statusa malikdir. Bu yeni kommunikasiya modeli mövcud əməkdaşlıq və inteqrasiya proseslərini tamamilə fərqli bir səviyyəyə qaldırır. 

Türkdilli dövlətlər arasında inkişaf mərhələsini yaşayan mədəniyyətlərarası kommunikasiyanın prinsipləri və ortaq məramı, hətta dünya üçün yeni kommunikasiya modeli hesab edilə bilər.

Türkdilli Dövlətlər Təşkilatının bu istiqamətdə güclü ortaq səylərini bir araya gətirməsi proseslərin geoiqtisadi və geosiyasi birliklə yanaşı, geomədəni birliyin formalaşmasına doğru istiqamətlənməsini göstərir. Ortaq tarixi-mədəni keçmiş və ortaq gələcək-bu proseslərə sözün yaxşı mənasında təkan verir”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO