Baş Prokurorluq və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə orta məktəb şagirdləri arasında keçirilmiş “Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə günü”nə həsr olunan “Korrupsiyaya yox deyək!” adlı Respublika rəsm müsabiqəsinin qalib və fərqlənən iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.
Bu barədə Bizim.Media-ya Şəki-Zaqatala regional təhsil iradəsindən məlumat verilib. Mərasimdən əvvəl məktəblilərin müsabiqəyə təqdim etdiyi əl işlərinə baxış keçirilib.
Elm və Təhsil Nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Kamal Cəfərov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi Ramin Vəlizadə, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov və digər sənətkarların münsiflər heyətində yer aldığı müsabiqədə qaliblər elan olunub.
Qaliblərdən biri də Şəki rayon Suçma kənd tam orta məktəbin VIII sinif şagirdi Leyla Məmmədovadır. Rəsm müsabiqəsinin respublika qalibi təşkilatçılar tərəfindən xatirə hədiyyəsi ilə mükafatlandırılıb.
Qeyd edək ki, Leyla Məmmədova dərs əlaçısı olmaqla yanaşı, yaxşı əl qabiliyyətinə də malikdir. Onun rəsmləri bundan əvvəl də rayon və respublika müsabiqələrində sərgilənib.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
10:47 / 14.12.2022
Şəki məktəblisi respublika müsabiqəsinin qalibi oldu - FOTO
Hazırda oxunan: Şəki məktəblisi respublika müsabiqəsinin qalibi oldu - FOTO
Hazırda oxunan: Şəki məktəblisi respublika müsabiqəsinin qalibi oldu - FOTO
109480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.