Azərbaycanda qatar yük maşını ilə TOQQUŞDU 

Azərbaycanda qatar yük maşını ilə TOQQUŞDU 

Hazırda oxunan: Azərbaycanda qatar yük maşını ilə TOQQUŞDU 

109433

Bu gün qatar yük avtomobili ilə toqquşub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.  

Bildirilib ki, saat 17:30 radələrində qatar Bərdə-Yevlax mənzilinin 22-ci kilometrində  22 km/saat sürətlə (təyin olunmuş sürət 40 km/saat) hərəkətdə olarkən qorunmayan dəmir yolu keçidini keçməyə cəhd edən Qusar rayon sakini Şahin Vitalik oğlu Butayevin idarə etdiyi “ATEKO” markalı AZ 01-CG-402 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub. 
Hadisənin baş verməsinə səbəb sürücünün Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərini pozması olub. 

Həmçinin bildirilib ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur. Dəmir yoluna dəymiş ziyanın miqdarı müəyyənləşdirilir. Hadisə aidiyyəti üzrə araşdırılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO