Masallıda DƏHŞƏTLİ QƏZA – Ölən və xəsarət alanlar var

Masallıda DƏHŞƏTLİ QƏZA – Ölən və xəsarət alanlar var

Hazırda oxunan: Masallıda DƏHŞƏTLİ QƏZA – Ölən və xəsarət alanlar var

109431

Masallıda minik avtomobillərinin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə Bizim.Media-ya DİN-nin Mətbuat xidmətindən bildirilib. 

Bildirilib ki, dekabrın 13-də saat 18 radələrində rayonun Banbaşı kəndi ərazisində rayon sakinləri Yadigar Cəlilovun idarə etdiyi “VAZ 21011” markalı və Q.Məmmədlinin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. 

Nəticədə Y.Cəlilov hadisə yerində ölüb, “VAZ 21011” markalı avtomobildə olan sərnişinlər F.Süleymanov, Y.Abuşov və daha 2 nəfər yeniyetmə isə müxtəlif bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO