Quba yolundakı dəhşətli qəzanın təfərrüatları – Maşındakılar Xızıya ezam olunmuş müəllimlər olub 

Quba yolundakı dəhşətli qəzanın təfərrüatları – Maşındakılar Xızıya ezam olunmuş müəllimlər olub 

Hazırda oxunan: Quba yolundakı dəhşətli qəzanın təfərrüatları – Maşındakılar Xızıya ezam olunmuş müəllimlər olub 

109418

Bu gün Bakı -Quba yolunun Xızının Güləzi qəsəbəsindən keçən hissəsində baş verən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub. 

Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Bakı sakinı, 71 yaşlı Abdul Abdulov idarə etdiyi “Dossiya" markalı avtomobillə Bakı istiqamətindən gələrkən əks istiqamətdən gələn Bakı sakini, 50 yaşlı Ramiz Ələsgərovun idarə etdiyi "Ford Tranzit" markalı avtomaşınla toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

Xızıdakı ağır qəzada yaralananların kimliyi məlum oldu - YENİLƏNİB + ÖZƏL


Nəticədə "Dossiya"nın sərnişini, 31 yaşlı Elvin Rüstəmov hadisə yerində, 71 yaşlı sürücü Abdul Abdulov isə Siyəzən Müalicə Diaqnostika Mərkəzində vəfat ediblər. 

Avtomaşında olan digər 4 yaralıdan 3-ü Siyəzən xəstəxanasında müalicələrini davam etdirirlər. Yaralılardan biri- 24 yaşlı, Şəhriyar Minayev isə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına köçürülüb.  

Qəzaya düşənlər Bakıda yaşayan və Xızı kəndlərindəki məktəblərdə müxtəlif ixtisaslar üzrə müəllim işləməyə gəlmiş gənc müəllimlər olub.  

Ölən şəxs - əslən Qubadan olan fiziki tərbiyə müəllimi Elvin Rüstəmov Qubada dəfn edilib. Dəhşətli qəzanın başvermə səbəbləri araşdırılır.  

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq vəTəhqiqat şöbəsində cinayət işi açılıb, qəzanın başvermə səbəbi avtotexniki rəydən sonra məlum olacaq.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO