BİZİM TƏQVİM: 14 dekabrda dünyada hansı yaddaqalan hadisələr baş verib?

BİZİM TƏQVİM: 14 dekabrda dünyada hansı yaddaqalan hadisələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 14 dekabrda dünyada hansı yaddaqalan hadisələr baş verib?

109380

Bu gün üçün təqvimdə əlamətdar hadisləri təqdim edirik. 14 dekabr 1939-cu ildə Finlandiyanı işğal etdiyinə görə SSRİ Millətlər İttifaqından qovulub. Marqlı bir fakt da odur ki, 1928-ci ilin həmin günündə Azərbaycanda ilk Zoopark yaradılıb.

Baxaq görək 14 dekabrda daha nələr baş verib?

Keçək 3-cü fakta: 14 dekabr 1812-ci ildə Napoleonun Rusiyaya yürüşü biabırçı sonluğa çatıb.

4.14 oktyabr 1933-cü il tarixində Adolf Hitler Genuya tərki-silah konfransına qatılmadı və Almaniyanın Millətlər İttifaqını tərk edəcəyini açıqladı.

5. 14 dekabr 2015-ci ildə Azərbaycanda Milli Təhlükəsizlik və Xarici Kəşfiyyat Xidmətləri təsis edilib. 

6. Alabama 14 dekabr 1819-cu ildə ABŞ-ın 22-ci ştatı olub.

7. 14 oktyabr 1947-ci ildə ABŞ-lı test pilotu (Chuck) Çarls Elvood Yeager raketlərlə gücləndirilmiş "Bell X-1" təyyarəsini sınaqdan keçirərkən səs səddini keçən ilk şəxs oldu.

8. 14 oktyabr 1968-ci il tarixində ABŞ idmançısı Cim Hines Meksikadakı Olimpiadada 100 metr məsafəni 10 saniyədən (9,95 saniyə) keçən ilk şəxs oldu. Rekord 1983-cü ilə qədər qırıla bilmədi.

Bu gün hansı məşhurlar doğulub?

1. Dünya şöhrətli musiqiçi Rəşid Behbudov 14 dekabr 1915-ci ildə anadan olub. 44 yaşında SSRİ xalq artisti fəxri alan Rəşid Behbudov, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı lauriatı, SSRİ və Azərbaycan SSR Ali Sovetinin deputatı olub. O öz  mahnıları ilə Azərbaycanı bütün dünyada uğurla təmsil edib və sevdirib. Xüsusilə, məşhur “Arşın mal alan” opera-filminə görə gənc yaşlarında dünyada tanınıb.

2. Görkəmli alim Xudu Məmmədov da məhz bu gün dünyaya göz açıb. O 1927-ci ilin 14 dekabrında doğulub. Azərbaycanda milli şüurun oyanmasında onun çox böyük rolu olub. 

3. Azərbaycanın Milli Qəhramanı, şəhid Əlyar Əliyev 14 dekabr 1957-ci ildə anadan olub.

4. Vətən müharibəsi qəhrəmanı İzzət Balacayev də məhz bu gündə dünyaya göz açıb. Baş leytenant İzzət Balacayev 14 dekabr 1993-cü ildə anadan olub.

5. Fransalı astroloq Nostradamus da 14 dekabr 1503-cü ildə doğulub.

Bəs bu gün hansı məşhurlar dünyalarını dəyişib?

1. Azərbaycanın xalq artisti Qədir Rüstəmov 14 dekabr 2011-ci ildə dünyasını dəyişib.

2. Bəstəkar, Azərbaycanın xalq artisti Azər Rzayev 2015-ci ilin məhz bu günündə vəfat edib.

3. ABŞ-ın prezidenti Corc Vaşinqton 14 dekabr 1799-cu ildə ölüb.

4. Məmluk sultanı Səlahiddin Xəlil 1293-cü ilin 14 dekabrında dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO