Bir neçə naziri yola salan mətbuat katibləri - SİYAHI

Bir neçə naziri yola salan mətbuat katibləri - SİYAHI

Hazırda oxunan: Bir neçə naziri yola salan mətbuat katibləri - SİYAHI

109362

Cəmiyyətimizdə bir ənənə var. Hər gələn məmur öz komandası ilə işləmək istəyir. Amma elə kadrlar var ki, onlar gələn təzə rəhbərə özlərinin lazımlığını sübut edə bilib. Belə qabiliyyətə malik insanlardan bir qrupu da jurnalistlərdir. Məsələn, bu gün ölkəmizdə elə mətbuat katibləri var ki, onlar ən azı 3-4 nazirlər işləməyi bacarıb.

Bizim.Media həmin mətbuat katiblərinin siyahısını hazırlayıb: 

1. Abbas Əliyev ən uzunömürlü mətbuat katibidir. O 18 ildir ki, İqtisadiyyat Nazirliyinin sözçüsüdür. O ötən dövr ərzində Fərhad Əliyevin, Heydər Babayevin, Şahin Mustafayevin və nəhayət Mikayıl Cabbarovun sözçüsü olub.

2. Cəsarət Valehov da bu vaxtadək 3 nazirlə işləyib. 2013-cü ildən Təhsil Nazirliyinin mətbuat katibi vəzifəsində olan Cəsarət Valehov Mikayıl Cabbarovun, Ceyhun Bayramovun və Emin Əmirullayevin sözçüsü olub.

3. Natiq Axundov 16 ildir ki, Dövlət Gömrük Komitəsinin mətbuat katibidir. Onu bu vəzifəyə DGK-nın sabiq sədri Aydın Əliyev təyin edib. Lakin, O Səfər Mehdiyevlə də bir müddət işləməyi bacarıb. Hazırda Natiq Axundov üçüncü Komitə sədri ilə işləyir.

4. Anar Cəbrayıllı da mətbuat katibi kimi uzun iş təcrübəsinə malikdir. O uzun müddət “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovla işləyib. 2021-ci ilin may ayından isə Köçəri Həsənovun sözçüsüdür.

5. İradə İbrahimova da ən təcrübəli və uzun ömürlü mətbuat katiblərindəndir. 15 ildən artıq bu vəzifəni daşıyan İradə xanım əvvəl Hüseyin Bağırovun indi isə Muxtar Babayevin sözçüsüdür.

6. Pərviz Abubəkirov mətbuat katibi kimi iş stajı az olsa da o artıq ikinci nazirlə işləyir. O əvvəlcə Səhiyyə naziri Oqtay Şirəliyevin, indi isə Teymur Musayevin sözçüsüdür.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO