İstehlaka yararsız spirtli içkilərin satışının qarşısı alındı - FOTO

İstehlaka yararsız spirtli içkilərin satışının qarşısı alındı - FOTO

Hazırda oxunan: İstehlaka yararsız spirtli içkilərin satışının qarşısı alındı - FOTO

109360

Biləsuvar şəhəri, H.Əliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əsədov İlqar Saday oğluna məxsus “Uğur” pərakəndə satış müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Bu barədə Bizim.Media Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən məlumat verir.

Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud surətdə pozulduğu məlum olub.

Belə ki, satış üçün nəzərdə tutulan qida məhsulları anbarında istifadə müddəti bitmiş və istehlak üçün yararsız 11 ədəd 0,5 ml-lik “Nemiroff”,5 ədəd 1l-lik “Nemiroff”, 5 ədəd 0,7 ml-lik “Apertivo”, 100 ədəd 0,7 ml-lik “Nemirovskaya” əmtəə nişanlı, eyni zamanda markalanması normativ sənədlərin tələblərinə uyğun olmayan 19 ədəd 0,7 ml-lik “Artive”, 2 ədəd 1l-lik “Belova”, 1 ədəd 1l-lik “Kahlia”, 2 ədəd 0,75 ml-lik “Blavod” əmtəə nişanlı alkoqollu içkilər aşkar edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO