Xaçmaz rayonunun Nabran kəndində 61 yaşlı kişi Xəzər dənizində batıb.
Bizim.Media-nın şimal bürosunun məlumatına görə, Şabran şəhər sakini, 1961-ci il təvəllüdlü Yusif Dadaş oğlu Sultanov yoldaşları ilə balıq tutarkən dənizdə boğulub.
Digər yoldaşları sudan çıxa bilsələr də, Yusif Sultanov xilas ola bilməyib və boğularaq ölüb. Mərhumun meyiti Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.
Xaçmaz rayon prokurorluğunda faktla bağlı araşdırma başlanılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:52 / 13.12.2022
Nabranda balıqçı dənizdə batdı - ÖZƏL
Hazırda oxunan: Nabranda balıqçı dənizdə batdı - ÖZƏL
Hazırda oxunan: Nabranda balıqçı dənizdə batdı - ÖZƏL
109345
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.