"Məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır" - QMİ

Hazırda oxunan: "Məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır" - QMİ

109321

"Radikalizmə yol açan bir neçə əsas məqam var. Birincisi, məktəblərdə dinlə bağlı fənn tədris olunmalıdır. Bu, mütləqdir. Çünki bu, dini maarrifləndirmədir və bununla cəmiyyətdə dini düşüncəni yaxşı mənada dəyişmək mümkündür".

Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı "Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

İkinci səbəbdən danışan QMİ sədrinin müavini bildirib ki, cəmiyyətdəki sosial ədalətsizlik də radikal meyillərə yol açır:
 

MÖVZU İLƏ BAĞLI:

QMİ sədrindən "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliyə MÜNASİBƏT 


"Üçüncüsü psixoloji problemlərdir. Özəlliklə gənclərimiz arasında intihar hallarının artması buna nümunədir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyindən bu problemin həlli yolunda QMİ ilə də məsləhətləşmələrə, müzakirə və təkliflərə açıq olmalarını xahiş edirəm".

"Ümumiyyətlə, Allah xofu formalaşmayan insanda etiqad hissi ola bilməz. Bəzi adamlar filan qız məni atdı vəssalam, intiharı çıxış yolu kimi görür. Niyə? Çünki onun ürəyində və beynində Allah xofu yoxdur, formalaşmayıb. Allah yadına düşmür. Ailəni nə vəziyyətə salacağı yadına düşmür və s. Dördüncüsü, bəli radikalizmi yaradan səbəblər içində dini səbəblər də olur. Amma bunu dini radikalizm adı ilə yox, din pərdəsi altında hansısa təxribat qrupunun şüarı kimi qeyd etməliyik. Dini radikalizm ifadəsi doğru deyil. Biz əgər radikal olsaq, multikultiral cəmiyyətimizdə məhsəblərarası radikallıq da olmalıdır. Varmı? Yoxdur", - Q.Cavadlı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO