161 saylı marşrutda daha bir BİABIRÇILIQ – Avtobus palçıq içində İDARƏ olunur - FOTO

161 saylı marşrutda daha bir BİABIRÇILIQ – Avtobus palçıq içində İDARƏ olunur - FOTO

Hazırda oxunan: 161 saylı marşrutda daha bir BİABIRÇILIQ – Avtobus palçıq içində İDARƏ olunur - FOTO

109289

Bakıda hərəkətdə olan sərnişin avtobusu xəstəlik mənbəyidir. Söhbət Hövsan-Suraxanı istiqaməti üzrə hərəkət edən XJ 561 dövlət nişanlı 161 saylı marşrutdan gedir. Oturacaqları, salonu və şüşələri palçığa bürünən avtobus biabırçı vəziyyətdə idarə olunur. Sərnişinlər natəmizlik yağan  iyrənc mənzərəyə etiraz ediblər.

Görüntüləri Bizim.Media-ya təqdim edən sərnişinin bildirdiyinə görə ümumiyyətlə 161 nömrəli marşrut xəttinin bütün avtobusları acınacalı durumdadır. Ya qapıları qırıq və natəmizlik içində idarə olunur, ya da texniki baxımdan yararsızdır. Dəfərlərlə bu marşrut xəttindən şikayətlənsələr də onların dərdinə əlac tapılmır.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qapısı sınıq avtobusla sərnişin daşındı - VİDEO


Qeyd edək ki, 161 nömrəli avtobusların acınacaqlı durumu ilə bağlı məsələni dəfələrlə gündəmə gətirmişik.

İstismarda olan bu sərnişin avtobuslarının hamısı texniki baxımdan yararsızdır. Vəziyyət o qədər acınacaqlıdır ki, bu işgəncəni təsvir etməyə söz acizdir.

Durumdan Bakı Nəqliyyat Agentliyi (BNA) də xəbərdardır. Hətta sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilməyən ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edilib. Həmin marşurutlar arasında 161 saylı avtobus da yer alıb. 
Cana yığılmış sərnişinlər isə o günü səbirsizliklə gözləyirlər...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO