Oğuzda təqaüdə göndərilən müəllimlərlə görüş keçirilib - FOTO

Oğuzda təqaüdə göndərilən müəllimlərlə görüş keçirilib - FOTO

Hazırda oxunan: Oğuzda təqaüdə göndərilən müəllimlərlə görüş keçirilib - FOTO

109278

Yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilən bir qrup təhsil işçiləri ilə Oğuz rayon təhsil sektorunda görüş keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, görüşün təşəbbüskarı Təhsil İşçiləri Həmkarlar İttifaqının Oğuz Rayon komitəsi, təşkilatçısı isə rayon təhsil sektoru olub.

Görüşdə Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, ATİAHİ Oğuz rayon komitəsinin sədri F. İbrahimov, komitə və təhsil şöbəsi əməkdaşları və dəvət olunmuş təhsil işçiləri iştirak edib.
Oğuz RTS-un müdiri S.Nəbiyev görüşdə iştirak edən müəllimləri salamlayaraq, onların uzun müddətli qüsursuz fəaliyyəti haqqında fikirlərini bildirib, müəllim peşəsinə verilən dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan bəhs edib.

ATİAHİ Oğuz Rayon Komitəsinin sədri F.İbrahimov isə öz çıxışında təhsil sahəsinin inkişafında müəllimlərin əməyinin qiymətləndirilməsindən danışaraq, onlara ən xoş arzularını çatdırıb.

Eyni zamanda ATİAHİ Oğuz Rayon Komitəsi tərəfindən 65 yaşı tamam olan müəllimlər təbrik edilib, onlara qiymətli hədiyyələr təqdim olunub.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO