Son bir ayda Gəncədə tibbi yardım üçün zəng edənlərin sayı artıb

Son bir ayda Gəncədə tibbi yardım üçün zəng edənlərin sayı artıb

Hazırda oxunan: Son bir ayda Gəncədə tibbi yardım üçün zəng edənlərin sayı artıb

109274

Son bir ayda Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı ötən aylara nisbətdə xeyli artıb.

Belə ki, bu müddətdə 8588 çağırış zəngi qeydə alınıb ki, bu da yaz, yay və payız ayları ilə müqayisədə çoxdur.

Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Namiq Nəbiyevin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, ümumilikdə havalar soyuq keçəndə, xüsusən də qış aylarında çağırışların sayı artır:

“Bu ilin yanvar ayında 10 939, fevral ayında isə daha çox 12 300 çağırış qeydə alınıb. Sonrakı aylarda isə rəqəmlərdə azalma müşahidə olunur. Bu təbiidir. Çünki soyuq aylarda insanların xəstəliklərlə bağlı şikayətləri artır. Son bir ayda da çağırışların sayında olan artım bununla əlaqədardır. Ümumilikdə stansiyaya gün ərzində 250-350 arasında çağırışlar olur”. 

N. Nəbiyevin sözlərinə görə, təcili tibbi yardıma daxil olan müraciətlər, əsasən, yuxarı tənəffüs yollarının xəstəlikləri, boğaz nahiyəsində müəyyən xəstəliklər, hərarətin olması, revmatik, ürək-damar xəstəliklərləri ilə bağlıdır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO