Heydər Əliyevin ziyarətinə axışan insan seli – Fəxri Xiyabandan REPORTAJ

Heydər Əliyevin ziyarətinə axışan insan seli – Fəxri Xiyabandan REPORTAJ

Hazırda oxunan: Heydər Əliyevin ziyarətinə axışan insan seli – Fəxri Xiyabandan REPORTAJ

109208

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 19 il ötür. Ulu öndərin anım günü ilə əlaqədar insanlar səhər saatlarından Fəxri Xiyabana gedərək onun məzarı önünə gül dəstələri qoyub, xatirəsini yad ediblər. Dövlət və hökumət rəsmiləri ümumilli liderin məzarını ziyarət edib, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. 

Ziyarətə gələn bir qrup ziyalı jurnalistlərə xatirələrini bölüşüblər. 

Ulu öndərin məzarını ziyarət edənlər arasında rəsmi şəxslərlə yanaşı qazilər, ölkəmizin müxtəlif bölgələrindən gələn vətəndaşlarımız da olub. 

Soyuq və yağışlı havaya baxmayaraq, minlərlə insan günboyu Fəxri Xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət etməyə davam edib. 

Daha ətraflı Fəxri Xiyabandan hazırladığımız video materialımızda tanış ola bilərsinzi:

Aləmdə Nəsib, Əfqan Pənahoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO