ABŞ-da ənənəvi mətbuatı qorumaq üçün TARİXİ TƏŞƏBBÜS – Qəzet və xəbər saytlarına sosial şəbəkələrdən qazanmaq imkanı

ABŞ-da ənənəvi mətbuatı qorumaq üçün TARİXİ TƏŞƏBBÜS – Qəzet və xəbər saytlarına sosial şəbəkələrdən qazanmaq imkanı

Hazırda oxunan: ABŞ-da ənənəvi mətbuatı qorumaq üçün TARİXİ TƏŞƏBBÜS – Qəzet və xəbər saytlarına sosial şəbəkələrdən qazanmaq imkanı

109163

Texnologiyanın inkişafının həyatımızın bir çox sahələrində olduğu kimi mətbuata da təsirsiz ötüşmədiyi heç kimə sirr deyil. Belə ki, artıq ənənəvi mətbuatın, xüsusilə də, qəzetlərin oxucu sayında ciddi azalma müşahidə olunur. 

Artıq dünyada əksəriyyət informasiyanı sosial şəbəkələrdən alır. Təbii ki, situasiyanın bu cür inkişafı ənənəvi medianın böhran vəziyyətinə düşməsinə səbəb olub.

Artıq bir sıra ölkələrdə bu tendensiyadan çıxış yolları axtarılır. 

Peşəkar media sosial şəbəkələrə qarşı...

Bu istiqamətdə ilk öncül addım Avstraliyada atılıb. Belə ki, 2021-ci ilin fevralında qəbul edilən qanuna əsasən, media subyektləri “Facebook”, “Google” və “Alphabet” kimi internet platformalarında dərc olunan məqalələri üçün sözügedən şirkətlərdən ödəniş tələb edə bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

Sosial şəbəkələrdə bizi necə dinləyirlər? – Ekspertdən ŞOK TƏFƏRRÜAT


Doğrudur, bu qanunun qəbul edilməsi ilk vaxtlar internet nəhəngləri tərəfindən sərt etiraz və müqavimətlə qarşılandı. Hətta, “Facebook” Avstraliyanın bir sıra KİV-lərini bir aya yaxın müddətə blokladı da. 

Lakin sonradan aparılan danışıqlar nəticəsində razılıq əldə olundu, “Facebook”, “Google” və “Alphabet” kimi internet platformaları dərc olunan hər bir informasiyasına görə Avstraliya mətbu orqanlarına ödənişin edilməsini qəbul etdi və bunu əks etdirən müqavilələr imzaladı.

Və ötən həftə ABŞ-da analoji addım atıldı. Belə ki, ABŞ Senatının Hüquq komitəsi tərəfindən qəbul edilən layihəyə əsasən hər hansı media subyektlərinə öz xəbərini “Facebook” və “Google” tipli internet platformalarda dərc etməmişdən və ya yayımlamamışdan əvvəl bu platformalarla müqavilə bağlamaq və onlardan ödəniş tələb etmək hüququ nəzərdə tutulub.

“META” isə bu qanuna Avstraliyadakı təcrübədə olduğu kimi əks reaksiya verib. Və sözügedən qanun qəbul olunarsa, ABŞ media orqanlarının dərc etdiyi məlumatları Facebook” və “Google”dan siləcəyi ilə hədələyib.
 

Yerli qəzetlər layihəni dəstəkləyiblər. Təbii ki, bu da başadüşüləndir. Çünki texnologiyanın həddindən artıq inkişafı qəzetlərin rəqabətə dözə bilməməsinə və zamanla sıradan çıxmağına səbəb olur. Əgər tez bir zamanda bu məsələ həllini tapmazsa, qəzetlər yox olacaq və sosial media Amerikanın de fakto qəzetinə çevriləcək.


Mediamız üçün yeni sınaq

İnformasiyanın sosial şəbəkələr vasitəsilə yayılması tendensiyasının bütün dünyada olduğu kimi ölkəmizdə də böyük sürətlə getdiyi olduqca aşkardır. Bunun nəticəsidir ki, son illərdə sosial şəbəkələrin yaratdığı rəqabətə davam gətirə bilməyən bir sıra qəzetlər fəaliyyətlərini dayandırıb. Bəziləri isə bağlanmanın eşiyinə gəlib.

Lakin bu da həqiqətdir ki, ənənəvi mətbuatın, qəzetlərin qorunması üçün ölkəmizdə də artıq bir sıra addımlar atılır. Belə ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) bu yöndə fəaliyyəti xüsusilə diqqət çəkir. Artıq noyabrın 24-də “e-Köşk” qəzet və jurnalların rəqəmsal yayım platformasının təqdimat mərasimi baş tutub.

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov tədbirdə çıxışı zamanı qeyd edib ki, qəzet saytlarının yenidən qurulması prosesi başa çatıb. Bu yöndə fəaliyyətin nəticəsi olaraq, 6 gündəlik, 10 həftəlik qəzetdə müvafiq dəyişikliklər edilib.

Və MEDİA-nın yaratdığı bu imkanlar ənənəvi mətbuatın yeni formatda fəaliyyətini davam etdirməsinə, qəzetçilik ənənələrinin yaşamasına və ənənəvi medianın rəqəmsallaşmasına şərait yaradır.
 

Lakin tenxologiyanın, sosial şəbəkələrin inkişaf sürətini nəzərə aldıqda, yaxın gələcəkdə bu yöndə daha mütərəqqi addımların atılmasına ehtiyac yaranacağı da gözləniləndir.


Belə olan halda isə sual olunur:

Bu tendensiyaya uyğun olaraq Azərbaycanda daha hansı addımlar atılacaq?

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO